Haqqımızda

 

“PASHA CUP” futbol turnirinin reqlamenti

 

1.      Ümumi müddəalar

1.1.Bu reqlament PAŞA Bank ASC tərəfindən təşkil olunan “PASHA Cup” futbol turnirinin əsas şərtlərinin və iştirakçı komandaların öhdəliklərinin rəsmiləşdirilməsi məqsədilə  hazırlanmışdır.

2.      Şərtlər və qaydalar

2.1. “PASHA Cup” futbol turnirində yalnız PAŞA şirkətlər qrupuna daxil olan şirkətlər və onların tərkibində olan şirkətlər iştirak edə bilərlər.

2.2. Futbol turniri 16 sentyabr tarixindən başlanılır və növbəti iki ay ərzində davam edəcək.

2.3. İştirakçı komandalar 31 avqust tarixinə qədər qeydiyyat ərizələrini təqdim etməlidirlər. Ərizələr həm kağız daşıyıcısında, həm email vasitəsi ilə təqdim oluna bilər. Qeydiyyat ərizəsində şirkətin İnsan Resursları bölməsinin direktoru və ya şirkətin rəhbərliyinin imzası və şirkətin möhürü təqdim olunmalıdır.

2.4. Turnirdə iştirak edən komandaların oyunçu siyahısında ən az 5, ən çox isə 10 oyunçu təqdim olunmalıdır.

2.5. Futbol turniri mini futbol şərtlərinə uyğun olaraq keçiriləcək:

                2.5.1. Eyni vaxtda oyunda bir komandadan 5 nəfərdən çox oyunçu iştirak edə bilməz.

                2.5.2. Oyunlar 4 ölçülü/nömrəli top ilə keçiriləcək.

                2.5.3. Oyun vaxtı, hər hissəsi 20 dəqiqə olmaqla, 40 dəqiqə təşkil edir.

                2.5.4. Hər hissə ərzində komanda 1 taym-aut götürə bilər. Taym-aut vaxtı 60 saniyə təşkil edir.

2.5.5. Oyun ərzində qırmızı kart alan oyunçu, oyunu davam edə bilməz və komandası 2 dəqiqə ərzində azlıqda qalır. İki dəqiqədən sonra komandanın digər oyunçusu oyunu tərk edən futbolçunun yerinə daxil ola bilər.

2.5.6. Sərbəst zərbələr, aut və künc zərbələrdən top oyuna 4 saniyə ərzində daxil edilməlidir, əks halda digər komanda tərəfindən sərbəst zərbə vurulur.

2.5.7. Bir hissə ərzində 6 xəbərdarlıq alan komandanın qapısına 10 metrlik cərimə zərbəsi təyin olunur.

3.      Oyunların cədvəli və şərtləri

2.1. Oyunlar şənbə və bazar günləri saat 10:00-14:00 arasında keçiriləcək.

2.2. Bir gün ərzində 3 oyun keçiriləcək.

2.3. Oyunlar “Bakı Əl Oyunları Idman Sarayı” idman kompleksində yerləşən futbol meydançasında keçiriləcək.

2.4. Komandalar 2-4 qrupa bölünəcəklər və hər qrupdan 2 komanda “play-off” mərhələdə oyunları davam edəcək.

2.5. Xalların toplanma qaydası: Uduş – 3 xal, Heç-heçə -1 xal, Məğlubiyyət – 0 xal.

2.6. Komandaların xalları bərabər olduğu halda, aralarında olan oyunların nəticəsi nəzərə alınır. Hər iki halda bərabər nəticələr olduğu halda ən çox top vuran komandaya üstünlük verilir.

2.7. Qrup oyunlarında, hər komanda digər komanda ilə 1 dəfə görüş keçirəcək.

 

4.      Komandaların öhdəlikləri

3.1.Komandaların təqdim etdiyi siyahıda qeyd olunan oyunçular həmin şirkətin rəsmi işçiləri olmalıdırlar. Ehtiyac olduğu halda, təşkilatçılar tərəfindən əlavə olaraq təsdiqedici sənədlər tələb oluna bilər.

3.2 Təqdim olunan siyahıda, son 3 il ərzində professional futbol ilə məşğul olan oyunçular qeyd olunmalıdır. Həmin işçilərin iştiraki qadağa olunmur, lakin məlumat mütləq təşkilatçılara verilməlidir.